Missiya

Hər bir uşağa özünü tanımaqda və düzgün seçim etməkdə kömək etmək.

Biz inanırıq ki, insan ən yaxşı bacardığı işi görəndə dünyaya işıq gətirir — və bu yol uşaqlıqdan, öz güclü tərəflərini tanımaqdan başlayır.

Vizyon

Bu nəsil və gələcək nəsillər üçün elə bir dünya qurmaq ki, orada heç bir uşaq öz yolunu təsadüfən seçməsin.

Hər şagird məktəbi bitirməzdən əvvəl öz istiqamətini bilsin — təxminlə yox, özünü tanımaqla.

Dəyərlər

Nəyə inanırıq

01

Elm, təxmin yox

Hər nəticəmizin arxasında onilliklərlə sınanmış elmi metodologiya dayanır — Super, Holland, Piaget. Biz proqnoz vermirik, biz tanımağa kömək edirik.

02

Uşaq mərkəzdədir

Hesabatımız hökm deyil, dəstəkdir. Biz uşağa «sən kimsən» demirik — ona özünü görməyə kömək edirik.

03

Hər ailə üçün

Öz dilində, anlaşılan sözlərlə, ədalətli qiymətə. Düzgün seçim imtiyaz olmamalıdır.

04

İşıq gətirmək

İnsan sevdiyi və bacardığı işi görəndə təkcə özünə yox, ətrafına da xeyir verir. Missiyamız bu işığın yolunu açmaqdır — bu nəsildə və sonrakılarda.

Qız test keçərkən qeydlər aparır
Niyə Yolutap

İnternet testi deyil.
Akademik bazası olan alət.

Elmi əsas

Super, Holland və Piaget — təxmin deyil, onilliklərlə tədqiqatla təsdiqlənmiş metod. Ətraflı →

Yaşa görə dəqiqlik

Beş yaş qrupu: suallar və hesabatın dili uyğunlaşır — onyaşlı uşaq və tələbə fərqli şeylər görür.

Tətbiq olunan nəticə

Konkret istiqamətlər, məktəb fənləri və addımlar — yeniyetmə, valideyn və müəllim üçün. «Sən xəyalpərəstsən» yox, plan.