Lalə Abbasova

Ev tapşırıqlarına kömək (dərs hazırlığı) · İbtidai sinif

30 ₼ / ayayda 12 dərs · 60 dəq≈ 2.5 ₼ / dərsİlk dərsdən əvvəl repetitorla tanış olunOnlayn, Qrup · 1–4-cü sinifOnlayn

Haqqımda

Abbasova Lalə – İbtidai sinif müəllimi

2017-ci ildən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. 9 ildən artıq pedaqoji təcrübəm var.

MİQ imtahanında 53 bal, sertifikasiya imtahanında isə 93 bal toplamışam.

Dərslərdə əsas istiqamətlər:

- Azərbaycan dili və riyaziyyat;

- Oxuyub-anlama bacarıqlarının inkişafı;

- Məntiqi təfəkkür və məsələ həlli;

- Məktəb proqramının möhkəmləndirilməsi;

- Ev tapşırıqlarının yerinə yetirilməsinə dəstək.

Tədris yanaşmam:

Dərslər şagirdlərin yaş və bilik səviyyəsinə uyğun, əyani vəsaitlər, maraqlı tapşırıqlar və interaktiv üsullarla keçirilir. Hər bir şagirdin inkişafı mütəmadi izlənilir və fərdi yanaşma tətbiq olunur.

Onlayn qrup dərslərinə müraciət edə bilərsiniz.

Məqsədim: Şagirdlərə yalnız mövzunu öyrətmək deyil, müstəqil düşünmək, düzgün qərar vermək və öyrəndiklərini tətbiq etmək bacarığı qazandırmaqdır.

Bu fəndən başqa repetitorlar

Yolutap karyera hesabatlarının tövsiyələri xəritədə kimin olmasından asılı deyil.