Babayeva Lalə
Russian · Russian · Homework help
Russian · Russian · Homework help
Rus dili müəllimi olaraq əsas məqsədim şagirdlərə dili yalnız qrammatik qaydalar çərçivəsində öyrətmək deyil, həm də onlarda sərbəst danışıq, düzgün yazı, oxuyub-anlama və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.
Tədris prosesində müasir pedaqoji yanaşmalardan, interaktiv metodlardan və fərdi öyrənmə strategiyalarından istifadə edirəm. Hər bir şagirdin bilik səviyyəsini və fərdi xüsusiyyətlərini nəzərə alaraq dərsləri məqsədyönlü şəkildə təşkil edirəm.
Fəaliyyətimin əsas istiqamətləri:
- Rus dilinin sıfırdan tədrisi;
- Rus bölməsinə qəbul və müsahibəyə hazırlıq;
- A1–B1 səviyyələri üzrə dil hazırlığı;
- Danışıq və ünsiyyət bacarıqlarının inkişafı;
- Məktəblilərin KSQ və BSQ imtahanlarına hazırlığı;
- Rus dilində oxu, yazı və qrammatika bacarıqlarının təkmilləşdirilməsi.
İnanıram ki, düzgün metodika, fərdi yanaşma və davamlı motivasiya uğurlu təhsilin əsasını təşkil edir.
Recommendations in Yolutap career reports don't depend on who is listed on the map.